www.
  ISLAM
 

                                                ISLAM

بسم الله الرحمن الرحيم
Namazı necə qılmalı

     Əziz müsəlman! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz 24 saatdan cəmi 24 dəqiqə vaxt aparır.
     Allah Qur'anda insanlara əmr edir:
      "Namaz qılın..." (Qur'ani-kərim, əl-Bəqərə/110)
      "... Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, cəhənnəmə zəlil olaraq girəcəklər!" (əl-Mu`minun /60)
      Namaz insanı pis əməllərdən çəkindirir
      "Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir." (əl-Ənkəbut/45)
      Hər müsəlman gündə beş vaxt namaz qılmalıdır
      Sübh (2 rükət) - "...sübh namazını da qıl!". (əl-İsra surəsi, 78)
      Zöhr (4 rükət) - "Günortadan [gün batmağa meyl edəndən] ... namaz qıl!". (əl-İsra/78)
      Əsr (4 rükət) - "...xüsusi iıə orta namaza riayət edin!". (əl-Bəqərə/238)
      Məğrib (3 rükət) - "Günortadan [gün batmaga meyl edəndən] gecənin qaranlığınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və işa] qıl!". (əl-İsra/78)
      İ'şa (4 rükət) - "Gecənin qaranlğınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və isa namazları] qıl!". (əl-İsra/78)
      Yuxarıdakılara əlavə dəlil: "[Ya Məhəmməd!] Namazı gündüzün iki başında [günortadan əvvəl və sonra: yə'ni səhər, günorta və günbatan çağı və ya günün iki başında: yəni səhər-axşam] və gecənin [gündüzə yaxın] bə'zi saatlarında [axşam və gecə vaxtı] qıl!". (Hud/114)
      Qeyd edək ki, beş vaxt namazın adlarının tərcüməsi günün ayrı-ayrı vaxtlarının mənasını verir ki, bu da namazların 5 müxtəlif vaxtda təyin olunmasına dəlalət edir.
      Unutmaq olmaz ki, hər namaz vaxtinda qılınmalıdır.
      Allah Təalə Qur'ani-kərimdə buyurur:
      "Həqiqətən namaz nöminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir". (ən-Nisa/103)
      "Allah sizin bunu [gecə vaxtlarını və saatlarını] ölçüb saya bilməyəcəyinizi [yaxud, bütün gecəni oyaq qalıb, ibadət edə bilməyəcəyinizi] bildiyi üçün, bu barəda sizə rüsxət verdi [gecə durub namaz qılmağı siz möminlərə vacib etmədi, onun yerinə gundə 5 vaxt namaz qılmağı buyurdu]". (əl-Müzəmmil/20)
      Hər bir müsəlmana Cümə namazına getmək vacibdir
      (qadınlar və uşaqlar müstəsnadır)
      "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman, Allahı zikr etməyə tələsin və alış-verişinizi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyrlidir!". (əl-Çümüə/9)

----------------------------------------------------------------------------------------

Namazın Müxtəsər Təlimi

     


Təkbir
Təkbir: Allahu Əkbər!
Qiyamda:
----------------------------------------
Sübhanəkəllahummə və bihəmdıkə və təbərakə
ismukə və təala cəddukə və lə ıləhə ğeyrukə!
Əuzu billəhi minəş-şeytanir-racim!
-----------------------------------------

Qiyam
  Bismilləhir-Rəhmənir-Rahim!
Əlhəmdu lilləhi Rabbil aləmin
Ər-Rahmənir-Rahim, Məliki yəumiddin
İyyəkə nə budu və iyyəkə nəstəin
İhdinəs-sıratal mustəqim
Sıratal-ləzinə ən'amtə aleyhim
Ğeyril məğdubi aleyhim vələd'da~lin!
Əmin!

Ruku
 
--------------------------------------
Bismilləhir-Rahmənir-Rahim
Qul huvallahu Əhəd
Allahus-Saməd
Ləm yəlid və ləm yuləd
Və ləm yəkul ləhu kufuvən əhəd
--------------------------------------
Təkbir: Allahu Əkbər!
Rükuda: Subhanə Rəbbiyəl Azım (1və ya 3 dəfə)
Rükudan qalxanda: Səmi Allahu limən həmidəh (1 dəfə)
Qiyamda: Rabbənə və ləkəl həmd (1 dəfə)
Təkbir: Allahu Əkbər!
Birinci səcdə: Subhanə Rabbiyəl Alə (1və ya 3 dəfə)
Təkbir: Allahu Əkbər!

Səcdə
Səcdələr Arasında Oturanda: Rabbiğfirli ( 1və ya 3 dəfə )
Təkbir: Allahu Əkbər!
İkinci Səcdə: Subhanə Rabbiyəl Alə (1və ya 3 dəfə)
-------------------------------------------------------------------------------

Təşəhhüd
Təkbir: Allahu Əkbər!  
Təşəhhüddə: Əttəhiyyətu lilləhi vəs-salavatu vət-tayyibatu
Əssəlamu aleykə eyyuhən-nəbiyyu və rahmətullahi
və barəkətuhu
Əssəlamu aleynə və alə ibədilləhis-salihin
Əşhədu ənlə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu
Və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu.

 

-------------------------------------------------------------------------------
Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd
Kəmə salleytə alə İbrahimə və alə əli İbrahim
Və bərik alə Muhəmmədin və alə əli Muhəmməd
Kəmə bəraktə alə İbrahimə və alə əli İbrahim
Fil aləmin innəkə həmidun məcid.

Allahumə inni əuzu bikə min azəbi cəhənnəm və min
azəbil qabr və min fitnətil məhyə vəl məməti və min
şərri fitnətil məsihid-dəccəl.

 

Salamlar
Sağa salam: Əssələmu aleykum və rahmətullah.
Sola salam: Əssələmu aleykum və rahmətullah.
-------------------------------------------------------------------------------------

Qeyd: Sübh namazı 2 rükət, Zöhr 4, Əsr 4, Məğrib 3, İşa namazı isə 4 rükətdir.


Qeydlər

     Namaza başlamazdan öncə dəstəmaz almaq lazımdır. Sonra namaz qılınacaq yerdə qibləni təyin etmək, daha sonra üzünü qibləyə tutub qılınacaq namaza niyyət etmək (dil ilə deyilmədən qəlbdə niyyət edilir) və təkbir (əllər qulaqların dibinə qədər qaldırılır. Bu halda ovucların ici qiblə istiqamətinə baxmalıdır) gətirərək namaza başlamaq lazımdır. Namaz vaxtı isə yalnız səcdəyə gedəcək nöqtəyə baxmaq lazımdır.
Təşəhhüd yalnız hər namazın 2-ci və sonuncu rükətlərindən sonra oxunur.
Bir cox müsəlmanlar namaza yeni başlayanda rükətin nə demək olduğunu tam dərk etmədikləri üçün namazlarında səhvlərə yol verirlər. Qeyd edək ki, rükət sözü məlum olduğu kimi rüku sözündən ğötürülb. Bir coxlarını rükətin harada başlayıb harada başa çatması maraqlandırır. İnsan təkbir gətirib namaza başladıqdan sonra Fatihə surəsini daha sonra bildiyi hər hansı bir surəni oxuyub rükuya gedir, rükudan qalxdıqdan sonra isə səcdəyə qedir (səcdə bütün namazlarda hər rükətdə 2 dəfə olunur). Səcdədəni bitirib ayağa qalxanda artıq bir rükət tamamlanmış olur.

     Allah namaz qılmaq niyyətində olan hər kəsin köməyi olsun və bizi doğru yola yönəltsin! Amin! 





                                         QURAN

Quranın bütün surələrinin yazı variantını yükləmək üçün « Quran » sözünə klik edin (həcmi 876 kb)

- Ərəb dilindən Azərbaycan dilinə tərcümə edənlər "Z.M.Bünyadov və V.M.Məmmədəliyev"
1 əl-Fatihə ( Kitabı açan ) surəsi
2 əl-Bəqərə ( İnək ) surəsi
3 Ali-İmran ( İmran ailəsi ) surəsi
4 ən-Nisa ( Qadınlar ) surəsi
5 əl-Maidə ( Süfrə ) surəsi
6 əl-Ənam ( Davar ) surəsi
7 əl-Əraf ( Sədd ) surəsi
8 əl-Ənfal ( Qənimət ) surəsi
9 ət-Tovbə ( Tövbə ) surəsi
10 Yunus ( Yunus əleyhissəlam ) surəsi
11 Hud ( Hud əleyhissəlam ) surəsi
12 Yusuf ( Yusif əleyhissəlam ) surəsi
13 ər-Rəd ( Göy gurultusu ) surəsi
14 İbrahim ( İbrahim əleyhissəlam ) surəsi
15 ər-Hicr ( Daşlı sahə ) surəsi
16 ən-Nəhl ( Bal arısı ) surəsi
17 əl-İsra ( Gecə vaxtı seyr ) və ya Bəni-İsrail ( İsrail oğulları ) surəsi
18 ər-Kəhf ( Mağara ) surəsi
19 Məryəm ( Məryəm əleyhissəlam ) surəsi
20 Taha surəsi
21 əl-Ənbiya ( Peyğəmbərlər ) surəsi
22 əl-Həcc ( Həcc ) surəsi
23 əl-Muminun ( Möminlər ) surəsi
24 ən-Nur ( Nur ) surəsi
25 əl-Furqan ( Fərqləndirmə ) surəsi
26 əş-Şüəra ( Şairlər ) surəsi
27 ən-Nəml ( Qarışqalar ) surəsi
28 əl-Qəsəs ( Hekayət ) surəsi
29 əl-Ənkəbut ( Hörümçək ) surəsi
30 ər-Rum ( Rumlular ) surəsi
31 Loğman ( Loğman əleyhissəlam ) surəsi
32 əs-Səcdə ( Səcdə ) surəsi
33 əl-Əhzab ( Dəstələr )
34 Səbə ( Səba ) surəsi
35 Fatir ( Yaradan ) surəsi
36 Yasin surəsi
37 əs-Saffat ( Səf-Səf duranlar ) surəsi
38 Sad surəsi
39 əz-Zumər ( Zümrələr ) surəsi
40 əl-Mumin ( Mömin ) surəsi
41 Fussilət ( Müfəssəl izah edilmiş ) surəsi
42 əş-Şura ( Şura ) surəsi
43 əz-Zuxruf ( Qızıl bəzəklər ) surəsi
44 əd-Duxan ( Duman ) surəsi
45 əl-Casiyə ( Diz çökmüş camaat ) surəsi
46 əl-Əhqaf ( Qumsal təpələr ) surəsi
47 Muhəmməd surəsi
48 əl-Fəth ( Fəth ) surəsi
49 əl-Hucurat ( Otaqlar ) surəsi
50 Qaf surəsi
51 əz-Zariyat ( Sovurub dağıdan küləklər ) surəsi
52 ət-Tur ( Dağ ) surəsi
53 ən-Nəcm ( Ulduz ) surəsi
54 əl-Qəmər ( Ay ) surəsi
55 ər-Rəhman ( Rəhmli olan Allah ) surəsi
56 əl-Vaqiə ( Vaqiə ) surəsi
57 əl-Hədid ( Dəmir ) surəsi
58 əl-Mücadələ ( Mücadilə ) surəsi
59 əl-Həşr ( Toplanma ) surəsi
60 əl-Mumtəhinə ( İmtahana çəkilən qadın ) surəsi
61 əs-Saff ( Səf ) surəsi
62 əl-Cumuə ( Cümə ) surəsi
63 əl-Munafiqun ( Münafiqlər ) surəsi
64 ət-Təğabun ( Qarşılıqlı aldanma ) surəsi
65 ət-Talaq ( Boşanma ) surəsi
66 ət-Təhrim ( Qadağan ) surəsi
67 əl-Mulk ( Mülk və ya Hakimiyyət ) surəsi
68 Nun və ya əl-Qələm ( Qələm ) surəsi
69 əl-Haqqə ( Haqq olan qiyamət ) surəsi
70 əl-Məaric ( Dərəcələr, yaxud Pillələr ) surəsi
71 Nuh ( Nuh əleyhissəlam ) surəsi
72 əl-Cin ( Cinlər ) surəsi
73 əl-Muzzəmmil ( Örtünüb bürünən ) surəsi
74 əl-Muddəssir ( Bürünüb sarınan ) surəsi
75 əl-Qiyamə ( Qiyamət ) surəsi
76 əl-İnsan ( İnsan ) və ya əd-Dəhr ( Dövr ) surəsi
77 əl-Mursəlat ( Bir-birinin ardınca göndərilənlər ) surəsi
78 ən-Nəbə ( Böyük xəbər ) surəsi
79 ən-Naziat ( Can alanlar ) surəsi
80 Əbəsə ( Qaşqabağını tökdü ) surəsi
81 ət-Təkvir ( Sarınma ) surəsi
82 əl-İnfitar ( Parçalanma ) surəsi
83 əl-Mutəffifin ( Çəkidə və ölçüdə aldadanlar ) surəsi
84 əl-İnşiqaq ( Yarılma ) surəsi
85 əl-Buruc ( Bürclər ) surəsi
86 ət-Tariq ( Gecə gələn ) surəsi
87 əl-Əla ( Ən uca ) surəsi
88 əl-Ğaşiyə ( Bürünən ) surəsi
89 əl-Fəcr ( Dan yeri ) surəsi
90 əl-Bələd ( Şəhər ) surəsi
91 əş-Şəms ( Günəş ) surəsi
92 əl-Leyl ( Gecə ) surəsi
93 əz-Zuha ( Səhər və ya səhər işığı ) surəsi
94 əl-İnşirah ( Açma və ya genişlənmə ) surəsi
95 ət-Tin ( Əncir ) surəsi
96 əl-Ələq ( Laxtalanmış qan ) surəsi
97 əl-Qədr ( Qədr gecəsi ) surəsi
98 əl-Bəyyinə ( Açıq-aydın dəlil ) surəsi
99 əz-Zilzal ( Zəlzələ ) surəsi
100 əl-Adiyat ( Qaçan atlar ) surəsi
101 əl-Qariə ( Ürəkləri dəhşətə salan qiyamət ) surəsi
102 ət-Təkasur ( Çoxluqla öyünmə ) surəsi
103 əl-Əsr ( Axşam çağı ) surəsi
104 əl-Huməzə ( Qeybətçi ) surəsi
105 əl-Fil ( Fil ) surəsi
106 əl-Qüreyş ( Qüreyş )surəsi
107 əl-Maun ( Zəkat ) surəsi
108 əl-Kovsər ( Kövsər ) surəsi
109 əl-Kafirun ( Kafirlər ) surəsi
110 ən-Nəsr ( Kömək ) surəsi
111 Əbu-Ləhəb ( Alov atası ) surəsi
112 əl-İxlas ( Yalnız Allaha məxsus olan sifətlər ) surəsi
113 əl-Fələq ( Sübh ) surəsi
114 ən-Nas ( İnsanlar ) surəsi

 
  Bugün 1 ziyaretçi (3 klik) kişi burdaydı! WebUzmanı  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol